Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Tovuz Rayon Mərkəzi Xəstəxanasında insident olub

Əli kəsilən rayonun Qovlar kənd sakini 48 yaşlı Sadiq Əhmədov xəstəxanaya çatdırılsa da onu müayinə etmək üçün növbətçi həkim tapılmayıb.

Bundan hiddətlənən S.Əhmədov xəstəxananın qapı, pəncərəsini sındırıb. Polis əməkdaşlarının müdaxiləsindən sonra xəstəni sakitləşdirmək mümkün olub.

Zərərçəkənin qohumları bildirir ki, S.Əhmədiv öz həyətində işləyən zaman şüşə onun damarını kəsib, dərhal onu xəstəxanaya çatdırsalarda Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli çalışsalarda növbətçi həkimi gördüm deyən olmayıb.

Baş verən hadisə ilə bağlı xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva biildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.

Qeyd edək ki, bu cür hadisə adıçəkilən tibb ocağında bir neçə ay öncə də qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi./azvision/

1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48