Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Vasif Talıbov komitə sədrini işdən niyə qovdu...

MR Ali Məclisinin sədri Vasif Talıbov dünən Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayevin vəzifəsindən azad olunması haqda sərəncam verib.

Bu barədə azpolitika.info-ya Naxçıvandakı özəl mənbələrdən məlumat daxil olub.

Sayt iddia edir ki, Malik Rzayev bir neçə ay əvvəl Naxçıvanda görünməmiş bir rəzalətlə üzləşibmiş. Daha dəqiq desək, o, öz işçisi tərəfindən kabinetində döyülmüş, daha sonra günahı qarşı tərəfin üzərinə ataraq özünü təmizə çıxarmağa cəhd edibmişi. Amma bu barədə onlar yazandan sonra M.Rzayev ifşa olunaraq məqsədinə çata bilməyib.

Sayt vurğulayır ki, hadisənin təfərrüatı rüsvayçı olduğundan o vaxt yaza bilməyiblər. Lakin artıq onun vəzifəsindən çıxarılması ilə bu məlumatlar rəsmən öz təsdiqini tapmış kimi göründüyündən qısaca qeyd ediblər ki, Malik Rzayev Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xanım işçisi ilə birlikdə öz kabinetində basılmışdı. Basqınçı isə xanım işçinin yenə də adıçəkilən komitənin əməkdaşı olan həyat yoldaşı olmuşdu. Hadisədən dərhal sonra hər iki tərəf polisə şikayət etmişdi: "Deyilənə görə, Malik Rzayev öz ifadəsində xanım işçisinə “yazı yazdırarkən” qısqanclıq zəminində hücuma məruz qaldığını bildirmişdi. Onun bu ifadəsini komitənin digər işçiləri də təsdiqləmişdilər. Qarşı tərəf isə öz şikayətini ittihamlar üzərində qurmuşdu… Lakin polisdə aparılan araşdırma xeyli uzandı. Bir müddət camaat arasına çıxmayan Malik Rzayev də öz işinin başında qaldı. Hətta bir ara məlumatlar da gəlməyə başladı ki, namusuna sataşıldığı üçün komitə sədrini döyən şəxsi dəlixanaya salıblar…

Həmin vaxt bizə verilən məlumatda bildirilirdi ki, hadisənin baş verdiyi günlərdə MR Ali Məclisinin sədri Vasif Talıbov xaricdə olub".

Yazıda o da bildirilir ki, o vaxt hamı V.Talıbovun qayıtmasını və hadisə ilə bağlı nə qərar verəcəyini gözləyib: “Çünki belə məsələlərə onun münasibəti sərt olur”.

Və budur, gec də olsa. V.Talıbov qərarını verib.

Sayt sonda onu da vurğulayırb ki, onlara verilən məlumatlarda Malik Rzayevlə bağlı daha ciddi ölçünün götürüləcəyi də istisna edilmir…
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP