Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

İstanbulda Qəzzənin bombalanması modelləşdirilib – Foto

Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, Türkiyənin İstanbul şəhərində bir qrup şəxs Qəzzə əhalisilə həmdərd olmaq niyyətilə Sultan Süleyman məscidi meydanında toplaşmışlar.
Toplantı çərçivəsində sionist rejim olan İsrailin Qəzzədəki cinayətlərini göstərən foto sərgi də fəaliyyət göstərib. Burada əhalinin Fələstin xalqı üçün hədiyyə və nağd yardımlarını toplamaq üçün guşə də yaradılıb.
Bu etiraz məqsədli dinc aksiya çərçivəsində bir küçə teatrı da tamaşaya qoyulub. Ssenaridə Qəzzənin bombalanması və müdafiəsiz əhalinin qırılması İstanbul əhalisinə göstərilib.
Qeyd edək ki, İsrailin Qəzzəyə hücumunun 49-cu günü şəhidlərin sayı 2.123 nəfərə çatıb ki, onların 577 nəfəri uşaq, 261-i qadın və 101 nəfəri isə qocalardır.
Hücumlar nəticəsində 10.870 nəfər fələstinli yaralanıb ki, onların da çoxu uşaq və qadınlardır.


1035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı