Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

İslam tələbələrinin İŞİD-ə hücumunun təfərrüatı

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, müqəddəs Nəcəf və Kərbəla şəhərlərində ali dini təhsil alan tələbələr tərəfindən “Xatəmul-ənbiya” briqadası yaradılmışdı.
İraqın paytaxtı Bağdaddan verilən məlumatlara görə, briqada Bədr korpusunun nəzarəti altında fəaliyyət göstərir. Xatəmul-ənbiya briqadası terrorçu və təkfirçi qruplaşma olan İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı mühüm və strateji hücuma keçmişdir.
Verilən məlumata görə, Xatəmul-ənbiya briqadası İŞİD-in nəzarətində olan 14 kəndi geri almış və İŞİD silahlılarından təqribən 150 nəfəri cəhənnəmə vasil etmişdir.
Bədr korpusunun yüksək səlahiyyətli şəxslərindən və İraqın nəqliyyat naziri olan Hadi Amiri bu barədə deyib: Nəcəf Əşrəf mərcələrinin İŞİD-in məhv edilməsi üçün “kifayi-cihad” barədə verdikləri hökmün təsirsiz olduğunu iddia edən şəxslər bu gündən etibarən cihadın əldə etdiyi nəticələrlə tanış olsunlar.
O əlavə edib: Ümid edirəm ki, İŞİD İraqda məhv olacaq. Biz İŞİD üzvlərinin şimal səmtinə qaçması üçün hərəkətə keçməmişik. Əksinə, bizim hədəfimiz bu vəhşi ünsürləri həlak etməkdir.
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP