Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Bakıda iki nəfər özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini 1982-ci il təvəllüdlü Talıbov Ramil Ağayar oğlu özünü yaşadığı mənzildə asıb. 32 yaşlı kişinin mənzilin mətbəxinin tavanına bərkitdiyi kəndirdən asılı vəziyyətdə qalmış meyitini yaxınları aşkarlayıblar.

Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Qala qəsəbəsindəki yeni yaşayış massivində yaşayan 1964-cü il təvəllüdlü Qasımov Cəmil Nəbi oğlu özünü yaşadığı mənzilin ikinci mərtəbəsindən asıb. Bildirilir ki, 50 yaşlı C.Qasımov intihar edərkən sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, son günlərdə Bakıda intihar olaylarının sayı artıb. Avqustun 23-də Xəzər rayonunda 23 yaşlı müğənni Sura Əsgərli özünü asaraq intihar edib. Elə həmin gün Qaradağ rayonunda 35 yaşlı kişi özünü güllələyərək həyatına son qoyub. Səbail rayonunda isə vətəndaş Polis İdarəsinin müstəntiqinin otağındakı pəncərədən özünü ataraq intihar edib./lentaz/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11