Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Ukraynanın 6 batalyonu mühasirəyə düşdü

Ukraynanın Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 batalyonları İlovaysk yaxınlığında mühasirəyə düşüblər.

Bu barədə Dnepropetrovsk vilayətinin milli müdafiə qərargahından məlumat verilib.

“İlovaysk ətrafında vəziyyət dəyişilməz olaraq qalır. Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 batalyonları mühasirədədirlər. Troitsk və Xarçızsk tərəfdən “Qrad”larla atəş açılır. Fedorovka tərəfdən isə özüyeriyən artilleriya qurğuları batalyonları atəşə tutur” – məlumatda bildirilib.

Gecəyə olan məlumata görə, Dnepr-1 batalyonu itki verməyib, yaralılar var.

Hadisə ilə bağlı Dnepr-1 batalyonu Prezident Pyotr Poroşenko və Müdafiə naziri Valeri Qeleteydən təcili kömək istəyib.

İlovayskdakı vəziyyətlə bağlı Donbas batalyonunun komandiri Semyon Semyonçenko da məlumat verib. Onun sözlərinə görə, İlovayskı azad edən Ukrayna ordusu mühasirəyə düşüb.
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP