Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

İŞİD papanı öldürməyi planlaşdırır

İraq Şam İslam Dövləti Roma papası Fransiski hədəfə alıb. “İl Tempo” qəzeti İtaliya kəşfiyyat orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, İŞİD papanı öldürməyi planlaşdırıb.

Qəzetin yazdığına görə, İŞİD tərəfindən saxta həqiqətləri yaymaqda günhlandırılan papa Fransiskə qarşı sui-qəsd planı hazırlanıb.
“Özünü İslam Dövlətinin xəlifəsi elan edən əl-Bağdadi Avropa və İtaliyada sui-qəsdlər həyata keçirərək vəziyyəti bir az da ağırlaşdırmaq istəyir. Son aylarda 50-dən artıq italiyalı gənc islam uğrunda döyüşmək üçün Suriya və İraqa gedərək İŞİD-ə qoşulub”, deyə qəzet yazır.

Qeyd edək ki, Papa Fransisk İŞİD-ın hücumlarını qınamış və İraqda yaşayan xristianlara qarşı zorakılıq edildiyini bəyan etmişdi.
1025 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15
İl