Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Ramil Səfərovun qardaşı silahla gəzir?

Macarıstanda Azərbaycan bayrağını təhqir edən erməni zabiti Qurgen Markaryanı qətlə yetirən və ölkəmizə ekstradisiya edilərək Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov və qardaşı sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Zabitin qardaşı Vüqar Səfərov Ramil Səfərovla Göygöldə istirahət zamanı çəkdirdikləri fotoları Feysbuk sosial şəbəkəsində paylaşıb.

Vergilər Nazirliyində müvəkkil vəzifəsində çalışan və "Qardaşımla fəxr edirəm, Allah qorusun" deyə status yazan Vüqar Səfərovun üstündəki "Makarov" tipli tapança isə diqqət çəkib.

Qeyd edək ki, Ramil Səfərovun bu gün ad günüdür, zabitimizin 37 yaşı tamam olur./Qaynar/
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...