Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Suriyadan şok: “ABŞ jurnalisti 1 il əvvəl öldürülüb”

Bəşər Əsədin mətbuat katibi Bousayna Şaban amerikalı jurnalist Ceyms Foleyin edam görüntüsü ilə bağlı maraqlı açıqlama verib.

Suriya rəsmisi jurnalistin düz bir il öncə öldürüldüyünü iddia edib: “Jurnalist indi deyil, ötən il öldürülüb”.

Şaban açıqlamasında jurnalist barədə dolğun məlumata malik olduqlarını, hətta beynəlxalq təşkilatların da bundan xəbərdar olduğunu bildirib:

“Jurnalist öncə Azad Suriya Ordusu tərəfindən tutulub. Sonra isə İŞİD-ə satılıb. Foley indi deyil, ötən il öldürülüb. İŞİD yalnız görüntüləri indi yayıb. Hadisə 1 il əvvəl olub. Əlimizdə dəqiq məlumatlar var. BMT də bundan xəbərdar idi”.

Xatırladaq ki, terror təşkilatı ötən həftə amerikalı jurnalist Ceyms Foleyin başını kəsərək ABŞ-ı hücumlarını dayandırmağa çağırmışdı.
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16: