Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam. İstixarənin edilməsi yolunu geniş izahla vermənizi xahiş edirəm. Quran və təsbehlə edilən istixarədən əlavə də yol varmı,yoxdursa bu ikisi ilə onun edilmə qaydalarını yazardınız.
Bismillahir-rəhmanir-rəhim.

Cavab:
Əleykumus-salam.
İstixarənin мənası Allahdan xeyir istəмəkdir. İstixarə o yerdədir ki, insanın düşünə, məsləhət edə və işin xeyr və şərini götür qoy edə əgər yenədə şəkk və heyrətdə qalarsa o zaman istixarə olunar.

Quranla istixarə edərkən 3 dəfə “İxlas” surəsi oxuyub, üç dəfə Peyğəmbərə və ailəsinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (“Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm”). Daha sonra Qurani-Kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına müraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.

Təsbihlə istixarə qaydası: Təsbihi ələ alıb 3 dəfə Məhəmməd və Ali məhəmmədə salavat göndərdikdən sonra müəyyən qədər təsbih dənələrini ayırıb sonra onlar iki-iki sayılır, sonda 1 dənə qaldıqda niyyət edilən işi əməl, 2 dənə qaldıqda isə tərk etmək lazımdır.

Kağızla püşk atmaqlada istixarə etmək olar.

Allah sizə yar olsun.

1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19