Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

NATO Rusiya sərhədində baza yerləşdirəcək

NATO Ukraynadakı böhranla əlaqədar Şərqi Avropada yeni bazalar yerləşdirməyi planlaşdırır

“UNN”-nin verdiyi məlumata əsasən, bu barədə “The Guardian” qəzetinə müsahibəsində Alyansın baş katibi Anders Foq Rasmussen bildirib.

NATO rəhbərinin sözlərinə görə, Alyansın gələn həftə Kardifdə keçiriləcək sammitində o Rusiya sərhədi yaxınlığında hərbi bazaların yerləşdirilməsi ilə bağlı təşkilatın daxilində olan fikir ayrılığını aradan götürməyə çalışacaq.

“Qəbul ediləcək Tədbirlər Planı Avropada təhlükəsizliyin tamamilə yeni şəraitində operativ tədbirlər görməyə imkan yaradacaq. Bizdə artıq lazım gəldikdə qısa zamanda vəzifəsini yerinə yetirməyə qadir NATO Çevik Qüvvələri yaradılıb”, deyə baş katib qeyd edib./apa/
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz