Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Qeyri-slavyanlara hücum

Sankt-Peterburqda SKİNHEDLƏR qeyri-slavyanlara HÜCUM EDİBLƏR

Sankt-Peterburqda “Rus marşı - rus həmrəyliyi” adlı yürüş-mitinqi insidentlə başa çatıb. APA TV-nin xəbərinə görə, polis mitinqə nəzarət etsə də, nümayişçilərin bəziəri polis kordonunu yararaq, “Udelnaya” metrosuna daxil olublar. Özlərini milliyyətçi adlandıran 40 nəfər platformada və vaqonlarda qeyri-slavyan milliyyətindən olan şəxslərə hücum çəkib. Hadisə şahidlərinin bildirdiyinə görə, skinhedlər "Qara"ları öldürün, "Hamımız birimiz üçün, birimiz hamımız üçün" şüarları səsləndiriblər. Sərnişinlər vahimə və qorxu içərisində vaqonları tərk ediblər. “Udelnaya” metrosu ətrafında qarışıqlığın olması ilə bağlı polisə məlumatı şahidlər veriblər. Eyni zamanda şahidlərin sözlərinə görə, kütləvi dava Lesnoy prospektində də olub. Yaralananlar xəstəxanaya çatdırılıb.

Daha sonra millətçi gənclər yaxınlıqdakı bazarda işləyənlərə hücum ediblər. Sahibkarlar isə öz əmlaklarını qorumaq üçün havaya atəş açıblar. Nəticədə əraziyə polis qüvvələri cəlb edilib. Rusiya Kütləvi İnformasiya vasitələrini verdiyi xəbərə görə, polis tərəfindən qarışıqlıq yaradan 4 nəfəri saxlanılıb. Baş verən insidentlə bağlı isə Rusiya Daxili İşlər Nazirliyi hələ ki, heç bir şərh verməyib.

Qeyd edək ki, ötən gün Rusiyada “Rus marşı - rus həmrəyliyi” adlı yürüş-mitinq keçirilib. Ən böyük mitinq isə Moskvada baş tutub. Əllərində Rusiyada qadağan olunmuş rəmzləri olan bayraqlar olan şəxslər millətçi şüarlar
2236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...