Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

“WhatsApp” yeni rekorda hazırlaşır

Tweet Layihənin təsisçisi və baş direktoru Yan Koum deyib ki, bu yaxınlarda "Facebook" sosial şəbəkəsinə məxsus populyar "WhatsApp" məşhur messencerinin aylıq aktiv auditoriyası 600 milyonu ötüb.

ICTnews-a istinadən məlumatına görə, "WhatsApp" internet üzərindən mətn mesajları və şəkilləri ötürməyə imkan verir. İstifadəçi yalnız operatorun tarifi üzrə trafik üçün ödəniş edir. "WeChat", "Viber" və "Tango" kimi tətbiqlər sözügedən xidmətin rəqibləridirlər.

Yazda bildirilmişdi ki, "Whatsapp" istifadəçiləri gündəlik təxminən 64 milyard mesaj göndərirlər ki, onun da 44 milyardı göndərilən, 20 milyardı qəbul olunan mesajlardır.

Xatırladaq ki, "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.
1082 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49