Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Ölülərin məkanına pənah aparan dirilər

Ölülərin məkanına diri ikən pənah aparanlar var. 80 yaşlı ana qızı ilə günlərdir məzarlığa sığınıb. Başqa yaşayış yeri tapa bilmədiyindən, gecə və gündüzlərini bu məkanda keçirməli olurlar.

Məsmə Gülməmmədova və onun 52 yaşlı qızı artıq üç gün olar ki, Yeni Suraxanıda yerləşən qəbirstanlıqda gecələməyə məcburdur. İllərdir Rusiyada yaşayan Məsmə xanımın həyat yoldaşı öldükdən sonra, qızı ilə Azərbaycana qayıdır. Bakıya gələn müsahibim burada da özünə rahatlıq tapa bilmir. Küçələrdə yaşamağa məcbur olan Məsmə xanıma 3 aydan sonra Cəmilə adlı bir xanım kömək əlini uzadır və ana və balanı öz evinə aparır. Amma burda da Məsmə xanımın bəxti gətirmir. Qızı Səidə əlil və ruhi xəstə olduğundan qonşular onun səs-küyündən şikayətlənməyə başlayır. Əlacı kəsilən ev sahibi Aybəniz adlı xanımla onu və qızını qəbirstanlığa gətirir.

Məzarlıqda olan mollaların da köməkliyilə onlar kiçik otağa yerləşdirilir. Maddi baxımdan qonşuların sayəsində heç bir əziyyət çəkməyən Gülməmmədovların indi bir istəyi qocalar evinə yerləşməkdir. Amma burada da bir problem var. Ailə Rusiyada qeydiyyatda olduğundan, onlara sığınacaq verməyə heç kim razı olmur. Baxmayaraq ki, onların müvəqqəti yaşamaları üçün vəsiqələri də var. Döydükləri qapıdan eyni cavabı alırlar. Buranın qeydiyyatında deyilsiniz.

Məsmə xanım deyir ki, onun bir qızı hələ 4 yaşında olanda imkansızlıq səbəbindən uşaqlar evinə verib. Digər qızını isə özü ilə birlikdə Rusiyaya aparıb. İndi kimsəsiz olan ailənin qulluğa və yaşamaq üçün sığınacağa ehtiyaci var./ans/
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı