Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Metroda köşklər olmayacaq

Bəs 20 yanvardakı köşklər niyə sökülməyib?

Bakı Metropolitenində ticarət köşkləri olmayacaq. Bunu “Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən keçidlərdə ticarət köşklərinin bərpa ediləcəyi ilə bağlı yayılan məlumatlara cavab olaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Hazırkı qərarımız ondan ibarətdir ki, ”Bakı Metropoliteni"ndə ticarət köşkləri adında heç bir şey olmasın. Təbii ki, bu, dünya təcrübəsində var. Bu gün Moskva və digər şəhərlərin metropolitenlərində ticarətin başqa növlərindən istifadə olunur. Amma bizim hazırdakı planımızda “Bakı Metropoliteni”ndə ticarət köşklərinin bərpası ilə bağlı heç bir planımız yoxdur".

“Bakı Metropoliteni”ndə reklamların yerləşdirilməsinin bərpasına gəldikdə isə N. Paşayev deyib ki, gələcəkdə bu, mümkün ola bilər: “Reklamların bərpa olunacağı təqdirdə daha müasir görünüşlü reklam daşıyıcılarından istifadə olunsun ki, onlar sərnişinlərin təhlükəsizliyinə, hərəkətinə və onların narahatçılığına səbəb olmasın”.

Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi vəzifəsindən çıxarılandan sonra keçidlərdəki ticarət köşklər və reklamlar yığışdırıldı. Lakin yalnız 20 yanvar metrosunun keçidindəki ticarət köşklərinə toxunulmadı. Əldə etdiyimiz məlumata görə, bunun kökündə həmin keçiddəki ticarət köşklərinin ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin nəzarətində olması dayanır./azadlıq/
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber