Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

ABŞ əsgərləri öldürüldü

Əfqanıstanda ABŞ əsgərləri və əfqan polislərinə Taliban qüvvələri tərəfindən hücum təşkil edilib.

Taliban sözçüsü Kari Yusif Əhmədi və Zabihullah Mücahid terror təşkilatına yaxın saytlarının birində avqustun 25-də Taliban qüvvələrinin ABŞ və əfqan polislərinə silsilə hücum təşkil etdiyini bildiriblər.

Edilən açıqlamada ilk hücumun Əfqanıstanın Nangarhar vilayətinin mərkəzi Cəlalabadda baş tutduğu qeyd edilib. Təşkil edilən hücumda 6 ABŞ əsgəri və 1 tərcüməçinin öldüyü açıqlanıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyü və ölülərini götürmək üçün bölgəyə ABŞ-a aid vertolyotun eniş etdiyi bildirilib.

Digər hücumun isə İslam Əmirliyi Mücahidləri (Taliban) tərəfindən Əfqanıstanın Helmand əyalətinin Sanqin mahalında vəzifəsini yerinə yetirən əfqan təhlükəsizlik qüvvələrinin olduğu nöqtəyə təşkil edildiyi açıqlanıb. Təşkil edilən hücumda 15 əfqan polisin öldürüldüyü, bir çoxunun yaralandığı bildirilib.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq