Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

SVR-dən Kremlə xəbərdarlıq: ABŞ Rusiyada yeni cəbhə açır

Rusiyanın xarici kəşfiyyat idarəsi olan SVR (Служба Внешней Разведки) bir hesabat hazırlayaraq, Kremldə həyəcan siqnalını işə salıb: Amerika İŞİD-in gücündən istifadə edərək Rusiya əleyhinə Orta Asiyada yeni cəbhə açmaq niyyətindədir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Kremlə yaxın mənbələrdən biri bildirib: Rusiya Xarici Kəşfiyyat İdarəsi (SVR) Kreml sarayının kəşfiyyat komitəsinə hesabat verərək bildirib ki; Amerikalılar Yaxın Şərqdə öz siyasətlərini tənzimləmək, Ağ Evin bu regiondakı məxfi və aşkar hədəflərinə çatmaq məqsədilə öz proqramları çərçivəsində olan İslam dövləti yaratmaq üçün addım ataraq müharibəyə meyilli və qəddar müsəlmanları (?) bütün dünyadan Suriyaya və sonra da İraqa axışmağa həvəsləndirdi.
Hesabatda deyilir: Amerikalılar qəddar qruplaşmaları müxtəlif qruplaşmalar çərçivəsində təşkilatlandırdılar və onların əməliyyat və təşkilatlanma gücünü yoxladılar. Bu yolda “ən-Nüsrə cəbhəsi” və İŞİD kimi müvəffəq qruplaşmaları onların ən əsas qrupu etdilər.
Rusiya əleyhinə İŞİD-in çeçen və qafqazlı qüvvələrilə baş ağrısı yaratmaq
Mənbə bildirib: Amerikanın məqsədi budur ki, çox da uzaq olmayan gələcəkdə İŞİD tərkibində olan Qafqaz regionu və Orta Asiyadan olan döyüşçüləri Orta Asiyaya gətirsin və bu qüvvələr vasitəsilə Rusiya əleyhinə yeni cəbhə açsın.
Amerika hal hazırda Səudiyyə Ərəbistanının Orta Asiyadakı imkanlarından istifadə etməklə bu regiondakı könüllüləri Suriya və İraqa göndərməkdən yararlanır.
Bu regiondakı vəhhabi başçılar əksəriyyəti cavan olan müharibəyə meyilli və Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrin əhalisi olan şəxslərə fikir, əqidə və təşkilatlanma baxımından təlim keçir və onları Suriya və İraqa getmək üçün hazırlayırlar.
Bu şəxslər təlim və təşkilatlanmadan sonra Qırğızıstana göndərilirlər. Bişkekdən İstanbula və sonra Suriya və İraqa göndərilirlər.
Yuxarıda ixtisarla qeyd olunan hesabat Kremldə ciddi xəbərdarlıq etmək və həyəcan siqnalını işə salmaq məqsədilə SVR tərəfindən hazırlanmış və Rusiyanı bu barədə agah etmişdir.
957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18