Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

İran: İsrailin təcacüzünə cavabımız “diplomatik” olmayacaq!

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İran İslam Respublikasının İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın baş komandan müavini general Hüseyn Səlami İsrailin pilotsuz təyyarəsinin İran sərhədlərinə təcavüzü haqqında deyib: Bizim bu təcavüzə cavabımız “diplomatiya” dili ilə olmayacaq. Cavabı meydanda verəcəyik və sirr olduğu üçün onu elan etmirik.
O deyib: Müsəlmanlar Allahın qüdrətindən başqa bir qüdrəti rəsmi olaraq tanımırlar.
Bizim düşmənlərimizin xəyalı bizim inqilabımızı, xalqımızı və rejimimizi məhv etməkdən başqa bir şey olmayıb. 36 illik əməliyyat və strategiya ssenariləri bizim xalqımızı məğlub etmək, öz ölkəsi ərazisində həbs etmək və müasir texnologiyaların istehsalının qarşısını almaq olub. Lakin biz bu maneələri geridə qoymuşuq.
Biz sionist rejim olan İsrailin rəsmilərinin simasında naümidlik, yorğunluq və solğunluq görürük. Çünki onlar öz ömürlərinin bəlkə də son illəri və aylarını yaşadıqlarını hiss edirlər.
H. Səlami İsrailin pilotsuz təyyarəsinin SEPAH tərəfindən vurulması barədə deyib: Sionist rejim olan İsrailin radardan yayına bilən, ən modern gizlilik texnologiyaları ilə təchiz edilmiş və bütün hissələrində radardan yayınma tətbiq edilmiş balaca uçuş aparatı, özünün kiçik vücudu və radar sahəsində də çox az yer tutmaqla İranın böyük səmasına daxil oldu. Bu pilotsuz uçuş aparatı sərhədi keçən kimi qeydə alındı və bizim Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən nəzarətə götürüldü.
Biz onu izlədik ki, onun məqsədini bilək. Məqsədini bilən kimi hədəfə aldıq. Taktiki baxımdan bu məsələnin xırda bir iş olduğuna baxmayaraq, bizim strateji müdafiə qüdrətimizi düşmənə başa salır.
Bizim cavabımız diplomatik olmayacaq. Biz əməl meydanında cavab verəcəyik. Sirr olduğu üçün reaksiyamızı elan etmirik, lakin həyata keçirəcəyik. Bizim reaksiyamız əməliyyatla olacaq. Düşmən bunları görür, başa düşür və hiss edir.
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı