Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Azərbaycanın 3256 hərbçisi əsir və itkin düşüb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupundan verilən məlumata görə, 1 avqust 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4015 nəfər təşkil edir. Onlardan 3256 nəfər hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4015 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar var, bu haqda şahid ifadələri alınıb.

Ermənistan-Azərbaycan münaqişəsi müddətində 1409 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 341 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 204 nəfər uşaq (72 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir./modern/
1124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı