Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Fərhad Əliyevin qardaşı oğlu adam öldürdü

Fərhad Əliyevin qardaşı oğlu insan ölümü ilə nəticələn avtoqəza törədib.

“Qafqazinfo” xəbər verir ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə sabiq İqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı oğlu Cəlilabad rayon mərkəzində Bakı-Astara yolu üstündə idarə etdiyi “Niva”sı “Jiquli 07” markalı maşını vurub. Qəzaya yüksək sürət səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən “Niva” yola çıxmaq istəyən “07” markalı jiqulini vurub. Nəticədə “07” markalı jiqulini idarə edən Ülvi adlı şəxs aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, Fərhad və Rafiq Əliyevlər azadlığa çıxandan sonra bu nəsildə ikinci faciədir ki, baş verib.

Birinci hadisə Əliyevlər qardaşları azadlığa çıxandan sonra onların şərəfinə verilən ziyafətdən sonra F.Əliyevlərin bacısı oğlu öz avtomobili ilə Cəlilabad rayonu Alar kəndində yol-nəqliyyat qəzasə törədib. Bu qəza nəticəsində F.Əliyevlərin bacısı oğlu dünyasını dəyişib.
1965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber