Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

İraqda üç Türkiyə casusu ələ keçirildi

Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, İraq türkmənlərinin silahlı cəbhəsindən olan Nihat Yalnız şərti olaraq M. Y., E. Ç. və K. Ş. adlandırılmış üç Türkiyə xəfiyyəsini ələ keçirdiyini açıqlamışdır.
N. Yalnız deyib: Diplomatik pasporta da sahib olan M. Y. etiraflarında bildirib ki, türkmən qüvvələrini hədəfə alırmış.
Yalnız bu şəxsin etiraflarını hərbi cinayətlər məhkəməsinə təhvil verəcəyini bildirib.
N. Yalnız deyib: Həbs edilmiş türk casusları etiraf ediblər ki, Türkiyənin kəşfiyyat orqanları İraq ordusunun fəaliyyətlərini Göktürk-2 peyki vasitəsilə izləyir və bu məlumatları terrorçu İŞİD komandirlərinə ötürür.
O bildirib ki, Türkiyə İŞİD-lə İraq neftinin hər barrelini 30 dollara almağa və əvəzində silah, ərzaq və dərman verməyə razılaşıb.
N. Yalnız əlavə edib: E. Ç. adlı türkiyəli casus yaralanmışdır. İlkin tədqiqatlar zamanı K. Ş. şərti adlı casusun ərəb dilini bildiyi məlum olub və daha ətraflı istintaq üçün İraq təhlükəsizlik qüvvələrinə təhvil verilib.

دستگيري 3 جاسوس تركيه اي در عراق - آرشيو


1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...