Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

13 Ukrayna əsgəri öldürüldü

Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında gedən döyüşlərdə 13 ukraynalı hərbçi həlak olub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, münaqişə zonasında son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 36 hərbi qulluqçusu yaralanıb, 13-ü isə həlak olub.

Qeyd edək ki, Ukrayna ordusu bu gün Luqanskda separatçılara məxsus 3 tank, 1 zirehli hərbi döyüş maşını, 2 “Qrad” BM 21, 4 minomyot, 1 hərbi avtomobil məhv etmişdi. Bundan başqa 225 separatçının öldürüldüyü bildirilirdi./ans/
1059 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber