Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Türkmanlar İŞİD-in mühasirəsindən çıxa bilmir

İraqda Səlahəddin əyalətinin Əmirli nahiyəsində İŞİD terrorçuları ilə Azərbaycan mənşəli türkmanlar arasında şiddətli qarşıdurma yaranıb.

Terrorçular Əmirli qəsəbəsini ələ keçirmək üçün hücuma keçib. Lakin yerli sakinlərin ciddi müqaviməti ilə qarşılaşan terrorçular itkilər verərək geri çəkilib.

Baş verən qarşıdurmada onlarla türkmanın öldürüldüyü bildirilir.

Məlumatlarda o da deyilir ki, mühasirədə olan türkmanlarla terrorçular arasında məsafə 1 kilometrə qədər qısalıb.

Xatırladaq ki, 20 mindən artıq türkmanın yaşadığı Əmirli bölgəsi 2 aydan artıqdır ki, terrorçuların mühasirəsindədir.
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP