Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Fələstinli qadın İsrail rejiminə casusluq edən ərini tutdurdu

Fələstinli bir qadın ərinin İsrail rejiminin kəşfiyyatına işlədiyini bildikdən sonra onu Fələstin hüquq-mühafizə orqanlarına təhvil verib.

Qadın ərinin bu əməlindən xəbər tutduqdan sonra, ərini bir müddət bu əməlindən çəkindirməyə çalışıb.

Qadın bildirib ki, “Ərimin davranışlarından son zamanlar şübhələnməyə başlamışdım bu barədə ona xəbərdarlıq etsəm də o, belə bir işlə məşğul olmadığını dedi. Bir gün onun arxa otaqda kiməsə gizli xəbər ötürdüyünü eşitdim. Ərimə etdiyi əməlin xəyanət olduğunu dedim. Ona, “əməlini etiraf etməsən səndən boşanacağam” dedim. Amma o bunu etmədi. Fələstin dirəniş hərəkatında olan yaxınlarıma bu barədə xəbərdarlıq etdikdən sonra onlar bizə gəlib onunla söhbət etdi bundan sonra isə onun həyatında yeni bir səhifə açıldı”./avropa/
1065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı