Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

Əhməd Davudoğlu AKP-nin yeni sədri seçilib

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) I fövqəladə qurultayı keçirilib.

1245 nəfərin qatıldığı qurultayın gündəliyinə avqustun 10-da keçirilən prezident seçkilərində qalib gələn AKP lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın istefası və partiyaya yeni sədrin seçilməsi məsələləri daxil olub. AKP sədrliyinə yeganə namizəd isə xarici işlər naziri Əhməd Davudoğlu olub.

Ali toplantıda çıxış edən Ərdoğan partiyaya 13 il 13 gün rəhbərlik etdiyini bildirib, AKP hökumətinin Türkiyə qarşısındakı xidmətlərini sadalayıb. O, AKP-nin hədəflərinə yetişməsində əməyi keçən bütün partiyadaşlarına təşəkkür edib və sabah keçiriləcək andiçmə mərasimindən sonra Ə.Davudoğluna yeni hökumətin formalaşdırılması səlahiyyəti verəcəyini söyləyib.

AKP sədrliyinə namizəd Ə.Davudoğlu isə göstərilən etimada görə Ərdoğana təşəkkürünü bildirib və onun əmanətini layiqincə qoruyacaqlarına söz verib.

Daha sonra səsvermə keçirilib. Ə.Davudoğlu AKP-nin yeni sədri seçilib./apa/
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20