Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

İş yoldaşını güllələdi

Abşeron rayonunun Saray qəsəbəsinin qəbirstanlıqda silahlı insident baş verib.

Hadisə zamanı Həsən adlı şəxs iş yoldaşı Emil Bayramovdan xahiş edib ki, təyin olunan ünvana getsinlər. Ancaq əraziyə çatan vaxt Emil Bayramova məxsus “Opel” markalı avtomaşın atəşə tutulub. Nəticədə Emil qol nahiyyəsindən güllə yarası alıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Əli Əliyev saxlanılaraq şöbəyə gətirilib. Əməliyyat zamanı Əli Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb. İlkin dindirmələr zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Onun dediyinə görə, Həsən adlı şəxslə aralarında bir neçə gün əvvəl münaqişə baş verib. Nəticədə o, döyülüb. Silahlı insidentin kökü də məhz həmin dava-dalaşdan qaynaqlanıb.

Sonra Əli Əliyev Həsənlə yenidən görüşmək istəyib. Həsən görüş yerini qəbirstanlıqda təyin edilib. Haqqında danışdığımız silahlı insident də məhz bu vaxt baş verib./ans/
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...