Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

Tutulan yadplanetlinin görüntüləri yayıldı

Hələ 1996-ci ildə yadplanetlilərə məxsus uçan obyektin Rusiyada meşəlik sahədə qəzaya uğrayandan sonrakı görüntüləri yayılmışdı.

Bu hadisədən 18 il sonra Rusiya yenidən dünyaya şok görüntülər təqdim edib.

Belə ki, yadplanetlilər barədə hər kəsin yalnız təsəvvürü olduğu halda, ruslar gerçək görüntüləri təqdim edib. Görüntülərin nə vaxt və haradan əldə olunduğu gizli saxlanılır.

Görüntülərdə əks olunan yadplanetlinin boyu 132 sm-dir. Xarici görünüşcə insana bənzərliyi olsa da, boynu çox qısa, kiprikləri və gözləri yumrudur. Baş nahiyyəsində saç bitmir. Burun kiçik bir dəlikdən ibarətdir. Yadplanetlinin ağzı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rəngdə, büzüşmüş haldadır. Bütün bədəni incə mavi kapilyarlarla örtülüb.

Görüntülərdə yadplanetlinin üzərində olan və elmə məlum olmayan maddədən ibarət geyim yanmış formadadır.

Alimlər yadplanetlinin ölüm səbəbini araşdırarkən belə qənaətə gəliblər ki, onun ölümünə səbəb UNO-nun partlaması və yaxud yer kürəsinin havasına alışmamasıdır.

Alimlərin apardığı araşdırmaya görə, varlığın hüceyrə quruluşunda karbon mövcud deyil. Burada qarışıq şəkildə bol miqdarda silikon olması alimlərin diqqətini çəkib. Silikon silisiumdan alınır. Dəri quruluşu bol miqdarda Azot və Heliumdan ibarətdir. Alimlər bu xüsusiyyətlərə malik bir varlığın 1000 Faranqeyt istilik dərəcəsinin olduğu mühitdə yaşadığını təxmin ediblər.

Alimlər yadplanetlinin daha isti planetdən gəldiyi qənaətindədir./axar/
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı