Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

Ramil Usubovun məhkəməyə verdiyi ziyalı danışdı

Eldəniz Quliyev: «Mənə qarşı iddia siyasi motivlərlə qaldırılıb»

Xəbər verdiyimiz kimi daxili işlər naziri Ramil Usubov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevi məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsində qaldırılan iddiada Eldəniz Quliyevin CM-in 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə məsuliyyətə cəlb olunması tələb edilir.

DIN mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov bildirib ki, Eldəniz Quliyev yol polisi əməkdaşının hərəkətindən DIN rəhbərliyinə şikayət edib. Şikayət KIV vasitəsilə edilib və bu zaman “Azərbaycan polisinin şərəfi, ləyaqəti təhqir edilib, işgüzar imicinə xələl gətirilib”.

Çoxsaylı polis əməkdaşları DIN rəhbərliyinə müraciət edərək Eldəniz Quliyevin məhkəməyə verilməsini və cəzalandırılmasını tələb ediblər.

“Azadlıq”a daxil olan məlumata görə, Ramil Usubovun iddiası avqustun 26-da məhkəmə dəftərxanasına daxil olub. Hazırlıq iclası sentyabrın 1-nə təyin edilib. Iddiaya hakim Şəlalə Həsənova baxacaq. Ramil Usubovun hüquqlarını vəkil Əlirza Həbilov müdafiə edəcək.

Eldəniz Quliyev “Azadlıq”a bildirib ki, polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddialar əsassızdır:

“Yol polisi əməkdaşlarının heç bir səbəb olmadan sürücüləri saxladığının və pozuntu haqda protokol tərtib etdiklərinin şahidi olmuşam. Bütün bunlar ətrafdakıların gülüşünə səbəb olub. Bununla əlaqədar “Facebook” səhifəmdə DIN rəhbərliyini bu cür halların aradan qaldırılmasına çağırmışam. Mətbuatda bu statusum dərc olunub. Mən yalnız onu qeyd etmişəm ki, texniki vasitələrlə, sürətli avtomobillərlə, müasir forma ilə yaxşı təchiz edilmiş polis əməkdaşları müvafiq mədəni səviyyəyə və etik davranışa malik olmalıdır. Mən polisləri təhqir etməmişəm. Polis əməkdaşlarının çoxu vicdanlıdır və öz işini peşəkarcasına yerinə yetirir, Azərbaycanın əarzi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Güman ki, mənə qarşı iddia siyasi motivlərlə qaldırılıb. Hesab edirəm ki, məni ictimai fəaliyyətimlə əlaqədar susdurmaq istəyirlər”.
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı