Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

Naxçıvandakı sui-qəsd ört-basdır edilir

Cinayət işinin açılmaması ilə bağlı absurd iddialar irəli sürülür

Məlahət Nəsibova: «Bütün bunlar yoldaşımın işi ilə bağlı aparılan araşdırmada qərəzin olduğunu açıq formada sübut edir»

İlqar Nəsibovun vəhşicəsinə döyülməsinin səbəbləri ilə bağlı söylənilənlərin yalan olduğu Məlahət Abbasova tərəfindən təkzib olunub. İ.Nəsibovu döyən Fərid Əsgərov iddia edir ki, onun ailə üzvləri iqtidaryönlüdür. Guya İ.Nəsibov onun ailə üzvləri barəsində nəlayiq və təhqiramiz ifadələr işlətdiyindən fiziki təzyiqə məruz qalıb.

Baş verən olaylarda daha bir maraqlı məqam F.Əsgərov barəsində cinayət işinin açılmamasıdır. Bunun səbəbi kimi isə maraqlı arqument göstərilir. M.Nəsibova qəzetimizə açıqlamasında bildirdi ki, Naxçıvan DİN-dən ona söyləyiblər ki, F.Əsgərov barəsində cinayət işi başlatmamışdan öncə, inzibati araşdırmanın aparılmasına ehtiyac var: «Yalnız inzibati araşdırmadan sonra biləcəklər ki, cinayət işi hansı maddə üzrə qaldırılsın. Halbuki ortada təkzib olunmaz faktlar var. Ona görə dərhal cinayət işi qaldırılmalı idi. Müxalifət fəalı isə həbs olunan zaman heç bir araşdırma aparmadan dərhal cinayət işi açılır. Bütün bunlar yoldaşımın işi ilə bağlı aparılan araşdırmada qərəzin olduğunu açıq formada sübut edir».

M.Nəsibova onu da bildirdi ki, F.Ələsgərovun özünün və ailəsinin iqtidaryönlü olması ilə bağlı söylədikləri reallıqdan uzaqdır. Çünki F.Əsgərov dəfələrlə Naxçıvanda demokatik qüvvələrin keçirdiyi tədbirlərdə iştirak edib. M.Nəsibovanın sözlərinə görə, eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, F.Əsgərovun atası uzun müddətdir ki, Xalq Cəbhəsinin üzvüdür. Ona görə F.Əsgərovun ailəsinin iqtidaryönlü olması ilə bağlı iddiaları sadəcə olaraq absurddur.

Ekspert qismində danışdığımız hüquqşünaslar da bəyan ediblər ki, İ.Nəsibovla bağlı baş verən olayda cinayət işinin açılmaması qanun pozuntusudur.

AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy isə bildirdi ki, F.Əsgərov və atası heç zaman AXCP üzvü olmayıblar: «Onlar heç AXCP-nin qərargahının ünvanını bilmirlər. Sadəcə olaraq bir müddət əvvələ qədər Fərid Əsgərov müxalifətin müxtəlif toplantılarına, Rəsulzadə ilə bağlı tədbirlərə qatılıb. Və həmin tədbirlərdə iştirak edən zaman özünü VHP təmsilçisi kimi təqdim edib. Onun və atasının AXCP-yə heç bir aidiyyatı yoxdur. Onlar heç zaman Xalq Cəbhəsinin üzvü olmayıblar»./azadlıq/
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<