Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2014

Mursiyə “15 günlük həbs cəzası”

Misir Baş prokuroru Hişam Bərəkatın yeni istintaq daxilində çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin seçkilərlə seçilən ilk prezidenti Məhəmməd Mursi haqqında 15 günlük həbs cəzası verdiyi bildirilib.

Anadolu Agentliyi xəbər verir ki, Baş prokurorun təlimatı ilə Mursi haqqında vəzifəsini həyata keçirdiyi müddətdə, iyun, 2012-ci il - iyul, 2013-cü il tarixində “Misirin milli təhlükəsizliyinə dair sənədləri Qətərə ötürdüyü” iddiası ilə yeni istintaq açılıb.

Baş prokuror yeni istintaq daxilində Mursiyə əlavə 15 günlük həbs cəzası verib. O Burcul Ərəb həbsxanasına aparılıb və cəzası üzünə oxunub. Mursinin vəkilləri isə onlara bu istintaq haqqında məlumat verilmədiyini bildiriblər.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber