Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Naxçıvanda neolit və eneolit dövrünə aid yaşayış yerləri aşkar edilib

Azərbaycan arxeoloqları Naxçıvançayın ətrafında neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar ediblər.

Alimlər qədim Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildirirlər.

Burada Azərbaycan-Fransa birgə tədqiqat qrupu işləyir. Fransalı arxeoloqları əsasən qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir. Qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək.
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber