Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

İŞİD terrorçuları canlı efirə çıxdılar

İŞİD terror qruplaşması üzvləri CNN telekanalının canlı efirinə çıxıblar.

İŞİD terror qruplaşmasına qatılmaq üçün Suriyaya gedən Əbu Ənvar və Amu Bəkir adlı ingilis döyüşçülər CNN-in canlı efirində aparıcının suallarını cavablandırıblar. Onlar efirdə ABŞ-lı jurnalist Ceyms Foulinin qruplaşma tərəfindən başının kəsilərək edam edilməsindən də danışıblar.

Qruplaşmaya daxil olan yeni üzvlər, Qərbi hədələyərək baş kəsməkdən çəkinmədiklərini və bunu müqəddəs vəzifə adlandırdıqlarını vurğulayıblar.
Son olaraq dünya gündəmindən düşməyən Ceyms Foulinin edamından da danışan üzvlər, o cür bir edamı həyata keçirməyin fəxr olduğunu bildirməklə yanaşı, həmçinin Allahdan elə bir başqa fürsət arzuladıqlarını da gizlətməyiblər.

“Öldürəcəyim şəxsin Ceyms Fouli kimi biri, ya Bəşərin əsgəri, ya da ABŞ əsgəri olub-olmamağı o qədər vacib deyil. Əsas odur ki, mən bu müqəddəs missiyanı həyata keçirməyə hazıram.” – deyə Əbu Ənvar sözlərinə əlavə edib./ans/
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı