Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Şeyx Xəzəli: Əbubəkr Bağdadini öldürməyə özüm gedəcəyəm

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, “Əsaib əhlil-həqq” (عصائب أهل الحق) şiə silahlı müqavimət qruplaşmasının komandiri Qeys Xəzəli Bağdadda jurnalistlərə açıqlama verib. O deyib: Bu müddət ərzində “Əsaib əhlil-həqq” müqavimət qrupu təkfirçi və terrorçu qruplaşma olan İraq və Şam İslam Dövləti (İŞİD) ilə müharibəyə gedə bilməyib. Bu həftə İŞİD-lə mübarizə aparmaq üçün ön cəbhəyə iki min döyüşçünün göndərilməsilə bu qruplaşmanın daha çox təkfirçisinin öldürülməsinə şahid olacağımıza ümidvaram.
O deyib: Bizim briqadamızın istifadə etdiyi silah xüsusi silahdır. Belə ki, növbəti bir neçə gün ərzində bu vəhşi ünsürlərin zərərsizləşdirilməsinin şahidi olacayıq.
O Əbubək Bağdadinin gizləndiyi yerə işarə edərək deyib: Bütün şiə müqavimət qrupları bir növ əl-ələ veriblər. Onlar öz kəşfiyyatçılarını Əbubəkr Bağdadinin gizləndiyi yeri tapmaq üçün səfərbər ediblər. Əgər Bağdadinin yeri məlum olsa, onu öldürməyə özüm gedəcəyəm və bu cinayətkarın qanını hədər edəcəyəm.
Şeyx Xəzəli şiə qüvvələri arasındakı əməkdaşlığın olduqca yüksək olduğunu bildirdi və dedi: Şiə qruplar arasındakı yüksək əməkdaşlıq şiə hərbçilərin irəliləməsinə səbəb olmuşdur. Biz İŞİD-in şiələr tərəfindən məhv ediləcəyinə inanırıq.
O sonda bildirib: Miladi ilinin sonuna qədər İraqda İŞİD-in kökünü kəsəcəyik.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47