Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Hizbullah ən-Nüsrə kəşfiyyatçılarını kəşf etdi

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Livanını İslam müqaviməti təşkilatı olan Hizbullah terrorçu qruplaşma olan ən-Nüsrə cəbhəsinin Livan ərazisinə nüfuz etmiş kəşfiyyatçılarını tələyə salaraq, onların hamısını həbs etməyə müvəffəq olmuşdur.
Bu barədə məlumat verən Livanın əl-Hədəs News agentliyi bildirib: Ən-Nüsrə cəbhəsi Hizbullaha zərbə vurmaq və müharibəni Livanın içərisinə çəkmək üçün çox çalışır, lakin hər dəfə məğlub olur... Ən-Nüsrə cəbhəsi Hizbullahın Livan və Suriya sərhədlərində olan yüksəkliklərdəki fəaliyyətini nəzarətə götürmək istəyir. Məqsəd isə Hizbullahın mövqelərinə zərbə endirməkdir. Lakin Hizbullahın hərbi düşüncəsi ən-Nüsrə cəbhəsindən daha üstündür.
Əməliyyat Suriya sərhədinə yaxın məsafədə yerləşən Ərsal şəhərində baş verib. Hizbullah ən-Nüsrə cəbhəsinin planından xəbər tutan kimi, öz qüvvələrini bir qədər geriyə çəkib və təkfirçilərin irəliləməsinə şərait yaradıb. Öncədən nəzərdə tutulmuş yerdə isə əməliyyat uğurla həyata keçirilib.
İlkin məlumatlara əsasən, ən-Nüsrə cəbhəsi Hizbullahın raket və toplarının yerlərini öyrənmək istəyirmiş.
Ələ keçirilən terrorçular Hizbullah tərəfindən daha öncə ələ keçirilmiş ən-Nüsrə cəbhəsinin xüsusi dəstəsilə eyni bölmədə fəaliyyət göstərirmişlər.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı