Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Famil Şükürovun məhkəmə zalında son sözü

Fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra saxlanılaraq, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydaların pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb olunan AİP Astara rayon komitəsinin sədri Famil Şükürov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə hökmündən sonra məhkəmə zalında son sözünü deyib.

“Ey mənim əzizlərim, əslində bizə görə əziyyət çəkənlər sizsiniz, öz haqlarınızı halal edin. Imam Hüseynin(ə) bir şüari var: ”Hər yer Kərbəla, hər gün Aşura”. Bura Kərbəladı, bu gün Aşura. Necəki, Imam Hüseyni(ə) ailəsinin gözü qarşısında şəhadətə yetirdilər, bu gün də bizi sizlərin gözünüzün önündə haqsız yerə əsir edəcəklər. Səbirli olun!

Salam olsun haqq yolunda həbs olunan məhbuslara! Bir tərəfdən əzizlərimdən ayrı düşdüyümə görə kədərlənirəm. Digər tərəfdən, əsirlər karvanına qoşulduğuma görə sevinirəm.

Bütün haqq sevər əzizlərimi bu ilahi imtahan qarşısında səbirli olmağa dəvət edirəm. Bizə görə əziyyət çəkənlərə təşəkkür edirəm.

Ey Səba küləyi! Qurbanlıq İsmail üçün də Yarın dağından diri qayıtmaq eşqin şərti olmayıb".

Vəkili Anar Qasımlının dediklərinə əsasən, Famil Şükürovun başında şiddətli ağrılar var.

"Müvəkkilim gündə bir neçə dəfə güclü ağrıkəsicilərdən istifadə edir. Onun bir neçə dəfə həkimə müayinə üçün müraciətləri cavabsız qalıb",- deyə vəkil bildirib./İslaminsesi.az/
1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP