Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Kəmaləddin Heydərov daha 10 şirkət yaratdı

Biznes imperiyasını genişləndirən “fövqəlnazir” bu dəfə daşınmaz əmlak sektorunu nəzrətinə almaq istəyir

Azərbaycanın ən məşhur oliqarx-məmurlarından biri olan Kəmaləddin Heydərov biznes imperiyasını genişləndirmək və gücləndirmək üçün bir sıra addımlar atır. Fövqəladə hallar naziri bu məqsədlə daha 10 yeni şirkət yaradıb.

Məluata görə, yeni şirkətlərin hamısı iyun-iyulda təsis edilib. Onların hamısının ofisi “Gilan-Holdinq”in baş ofisində (N.Nərimanov pr, 206) yerləşir.

Daşınmaz əmlak və distribusiya üzrə “Hereti” markası ilə 3 şirkət yaradılıb. “İlandag İnvestment Group” və “İlandag Services” şirkətləri, yəqin ki, Naxçıvan MR-da fəaliyyət göstərəcək.

“Pacific” ticari markası da “Gilan”a məxsusdur. Bu adla tikinti materialları buraxılacaq. İyulda “Pacific Proterties” şirkəti təsis edilib. “Azcapital Holdings” şirkəti yaradılıb. İyulda həmçinin “UEİ Trucks” MMC təsis edilib.

Qeyd edək ki, “Gilan Holding” 1992-ci ildə yaradılıb və rəsmi məlumata görə, buraya turizm, tikinti, sənaye, ticarət, maliyyə sahələri üzrə 200-dək biznes subyekti daxildir./jam/
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 19:19