Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Müqtəda Sədr: Samirra yolunu müdafiə etməyə hazırıq

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, İraqın “Ceyş əl-Məhdi (əc)” (İmam Mehdi (əc) ordusu) və Sədr hərəkatının lideri Höccətül-İslam vəl-müslimin Seyid Müqtəda Sədr Nəcəf şəhərində verdiyi qeyri-rəsmi açıqlamada bildirib: Bir çox Əhli-beyt (ə) sevərlər İmam Əskərinin (ə) hərəmini ziyarət etmək üçün Samirraya getmək istədiklərini bildirmişlər. Camaatın bəzisi bizə müraciət etmiş və Samirra yolunun müdafiəsini öz öhdəmizə götürməyi istəmişlər.
Mən İraqın təhlükəsizlik məmurlarına xitabən deyirəm ki, “Ceyş əl-Məhdi (əc)” Samirra yolunu müdafiə etməyi öz öhdəsinə götürməyə hazırdır.
Seyid Müqtəda Sədr deyib: Mən özüm şəxsən bu həftə Samirraya gedəcəyəm və oradakı vəziyyətlə yaxından tanış olacağam.
Qeyd etmək lazımdır ki, Seyid Müqtəda Sədr üç ay əvvəl, yəni terrorçu və təkfirçi qruplaşma olan İraq və Şam İslam Dövləti (İŞİD) İraqa hücum etdikdən sonra, “Sülh Briqadası” adlı briqada yaradıb. Bu briqada Samirrada İmam Həsən Əskərinin (ə) hərəminin müdafiəsi vəzifəsini öz öhdəsinə götürüb.
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:10