Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Bakıda şıdırğı məzar biznesi

Paytaxtda bir məzarın qiyməti 15-50 min manat aralığında dəyişir

Bakıda uzun müddətdir toxunulan məsələlərdən biri qəbristanlıq biznesi ilə bağlıdır. Xüsusən şəhərin hündür yerlərindəki məzarlıqlarda qəbir yeri tapmaq qeyri-mümkünə çevrilib. Çünki imkanlılar çoxdan həmin əraziləri alaraq, ələ keçiriblər.

Bakıda artıq qəbristanlıqlarda bir məzar yerinin qiyməti bahalaşaraq, bəzi yerlərdə 10-15 min manata, bəzi yerlərdə isə 50 min manata qədər artıb.

Maraqlı məqamlardan biri odur ki, bu qəbir yerlərinin alınıb-satılması da biznesə çevrilməklə yanaşı, həm də imkanlı adamların növbəyə durduğu bir hadisəyə çevrilib. Belə ki, bu yaxınlarda bir nəfər düşdüyü vəziyyətdən çıxmaq üçün 5-6 il bundan əvvəl valideynlərini gələcəkdə dünyalarını dəyişdikdə dəfn etmək üçün aldığı yeri satıb. 50 min manata satdığı həmin yer üçün hətta imkanlı adamların qəbristanlıq müdriyyəti ilə yalvar-yaxarla xahiş etdikləri deyilir. Amma imkana deyil, növbəyə əsasən onlara söz verilib ki, hamısı üçün qəbir yerləri alınacaq./jam/
1211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 15:03