Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Qarabağ Rusiyaya birləşsin

Rus deputat Qarabağı Rusiyaya birləşməyə çağırdı
Bədnam yazıçı Zori Balayanın Putinə məktubuna Moskvadan reaksiya verən tapıldı
roman xudyakov
Rusiya Dövlət Dumasının üzvü, Vladimir Jirinovskinin başçılıq etdiyi Liberal Demokrat Partiyasının fraksiyasının üzvü, deputat Roman Xudyakov Dağlıq Qarabağa dair avantürist bəyanatla çıxış edib.

Virtualaz.org saytı rus qaynaqlarına istinadən xəbər verir ki, Xudyakov Ermənistanın yerkir.am nəşrinə açıqlamasında Dağlıq Qarabağın Rusiyaya birləşməsinin mümkün olduğunu bildirib.

Rusiyalı deputata bədnam erməni yazıçısı Zori Balayanın prezident Vladimir Putinə yazdığı məktub barədə sual verilib. Həmin məktubda Balayan Rusiyanı Gülüstan sülh müqaviləsinə istinad edərək Dağlıq Qarabağa sahib çıxmağa çağırırdı.

“Bilirsiniz, mən ancaq onu deyə bilərəm ki, əgər Dağlıq Qarabağ rəhbərliyi bu təkliflə bizim hökumətimizə müraciət etsə, o zaman hesab edirəm ki, hökumət bu təklifə baxa bilər. Xüsusən də biz Dövlət Dumasınln deputatları. Məsələn, mən özüm məmuniyyətlə bu təklifi dəstəklərdim” — deyə R.Xudyakov bildirib.

Rusiyalı deputatın sözlərinə görə, “əgər xalq özünü Rusiyanın bir hissəsi hesab edirsə və onun tərkibinə daxil olmaq istəyirsə, onda niyə də belə olmasın?!”

Xudyakovun fikrincə, əgər belə olsa, o zaman “Qarabağı öz ərazisi hesab edən Azərbaycan” nəhayət ki, insanları rahat buraxardı.

Qeyd edək ki, Balayanın Putinə məktubu Ermənistanda və Qarabağda geniş rezonansa səbəb olub. Erməni mətbuatı, siyasətçiləri Balayanı “xain”, “alçaq” kimi ifadələrlə təhqir ediblər. Qarabağ müharibəsinin erməni iştirakçıları da bədnam yazıçını “azad olunmuş torpaqları” Rusiyaya verməyə hazır olduğuna görə hədələyiblər.

Bununla belə Ermənistan prezidenti və onun aparatı Balayanın məktubuna reaksiya verməyib. Belə hesab edilir ki, Balayan bu məktubu özbaşına yaza bilməzdi və onun arxasında Kremllə İrəvanın hansısa oyunu dayanır.
2009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı