Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Rusiya tankları irəliləyir

Rusiya tankları Ukraynanın Mariupol şəhərinə yaxınlaşıb.

Bu barədə Ukrayna mətbuatı yazır.

60-a yaxın Rusiya tankının Mariupol şəhəri yaxınlığında yerləşdirildiyi bildirilir. Tankların üzərində "Novorossii" sözü yazılıb. Hazırda Rusiya hərbi birləşmələrinin Novoazovsk şəhərindən Mariupola doğru irəlilədiyi bildirilir. Onlar Bezımyannoe kəndində Ukrayna ordusunun mövqelərini minomyotlarla atəşə tutub.

Ukrayna mətbuatı yazır ki, kəşfiyyat məlumatlarına görə, Rusiya əsgərlərinin əksəriyyəti Mariupol şəhərinin 20 kilometrliyində cəmləşib.

"Bizim Rusiya tanklarına qarşı silahımız yoxdur. Mühasirəyə düşmüşük", deyə Ukrayna əsgərləri bildirir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin separatçılara səslənərək bildirib ki, mühasirəyə düşən Ukrayna əsgərlərinə humanitar yardım üçün dəhliz yaradılsın./ans/
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı