Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

İngiltərə Aİ-dən çıxsa kasıblayacaq

Nur-az.com-un Shafaqna-ya istinadlı məlumatına əsasən, bir hesabatdan məlum olub ki, əgər ingilislər Avropa İttifaqından (Aİ) çıxsalar və ABŞ-a qoşulsalar, illik gəlir baxımından ABŞ-ın bütün ştatlarından aşağı pillədə yerləşəcək və kasıb bir ölkəyə çevriləcəklər.
Russia Today məlumat verib ki, bu hesabat “The Spectator nəşriyyəsində Freyzer Nelson tərəfindən tərtib edilmişdir. Əgər Amerikanın bütün Ümumi Daxili Məhsuldan (ÜDM) olan gəlirini əhali sayına bölsək və ingilislərin də ÜDM-dən olan gəlirini (statistika yaxın keçmişdə açıqlanıb) əhali sayına bölsək, görərik ki, İngiltərə Kanzas, Alabama və Missuri kimi ştatlardan da kasıbdır. Hesabata əsasən, İngiltərə yalnız Misisipidən üstün olacaq. Nəticəni əldə etmək üçün 100 dollarla İngiltərə və Amerikadakı alıcılıq səviyyəsini də müqayisə etmək olar.
Bu arada Luksemburqun Gəlir Araşdırmaları Mərkəzi bir tədqiqat nəticəsində bildirib ki, amerikalıların orta gəliri ingiltərəlilərdən daha üstündür. Hətta ən az maaş alan amerikalılar yenə də orta hesabla ingiltərəlilərdən 20 % daha çox maaş alırlar.
İngiltərənin Avropa İttifaqından çıxması xəbərlərinin yayılması ölkədəki ictimai parçalanmanın gündən günə sürətləndiyi vaxtda baş verir. Belə ki, ölkənin 5 ən varlı ailəsinin sərvəti ölkə əhalisinin 20 %-inin sərvətindən daha çoxdur.
Oxfam fondunun hesabatına əsasən, ötən illərdə İngiltərənin varlı əhalisinin 0.1 %-i öz sərvətlərini dörd dəfə və ya əhalinin kasıb təbəqəsinə nisbətdə 90 % artıra bilmişlər. Halbuki ölkədə yeməyə ehtiyaclı olan şəxslərin sayı artıb. Hazırda İngiltərə əhalisinin 19 %-i aclıq səbəbindən yaranmış xəstəliklərə görə xəstəxanalara müraciət edirlər.
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı