Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Əbubəkr Bağdadidən sığınacaq istəyən amerikalı

CNN xəbər verib ki, ABŞ ordusunun mayor rütbəli zabiti, 5 il əvvəl Fort Hud bazasında 13 Amerika əsgərini qətlə yetirdiyi üçün həbs olunan Nidal Malik Həsən İŞİD sərkərdəsinə məktub yazaraq, ondan sığınacaq istəyib.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Nidal Həsən ABŞ ordusunda psixoloq kimi çalışıb. O 2009-cu ildə öz qatar yoldaşları olan 13 əsgəri öldürmüşdü.
Vəkilinin dediyinə görə, o İŞİD başçısı Əbubəkr Bağdadiyə “rəsmi və təvazökarlıqla” məktub yazıb və ondan İŞİD dövlətinin əhalisinə qatılmağı istəyib.
Nidal Həsən ABŞ məhkəməsinin qərarı ilə ölümə məhkum edilib və hazırda öz cəzasını gözləyir.
Qərb ölkələrinin əhalisinin İŞİD-ə qoşulmaq həvəsi hazırda bu ölkələrinin rəsmilərinin narahatlığına səbəb olmuşdur.
Rəsmi hesablamalara əsasən, azı iki min qərbli İŞİD terrorçularına qoşulub.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı