Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

Putin ABŞ-ı nüvə müharibəsi ilə təhdid etdi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin qarşıdurmalara sövq edildiyini, Rusiyanın bunun qarşılığını çox pis verəcəyini deyib.

Putin “Seliger-2014 Gənclik Forumu”nda Ukrayna böhranı səbəbi ilə yaşanan hadisələri şərh edərkən belə deyib. Onun sözlərinə görə, heç kim Rusiyada qarşıdurma yaratmağa cəhd edə bilməz:

“Rusiyaya qarşı bir hücum olarsa, bunun cavabını çox pis verəcəyik. Ortaqlarımız hansı xarici siyasət yürüdürsə yürütsün, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər”.

Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladan Putin deyib: “Ortaqlarımızın Rusiyanı təcrid etmək planı onları genişmiqyaslı qarşıdurmaya aparır. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə sənayesini inkişaf etdirəcək. Rusiya dünyanın ən böyük nüvə ölkələrindən biridir. Bu bir reallıqdır”. Bu sözlərin hansısa dövlətin ünvanına, yaxud təhdid məqsədi ilə demədiyini vurğulayan Rusiya prezidenti ictimai və iqtisadi sahədə planların reallaşdırılması üçün ilk növbədə ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib.

Mütəxəsislər isə bu sözlərlə Putinin ABŞ-I təhdid etdiyi iddiasını irəli sürüblər.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17