Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

İŞİD lideri: Baş kəsin, amma görüntüləri yayımlamayın

Misirin əl-Vətən qəzeti yazıb: İraq və Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbubəkr əl-Bəğdadi öz qüvvələrinə göstəriş verib ki, bundan sonra insanların başlarının kəsilməsi görüntüləri yayımlanmasın.
Nur-az.com-un IRNA-ya istinadlı məlumatına əsasən, bu qadağa qruplaşmaya və onun üzvlərinə məxsus Facebool və Twitter səhifələrinə aiddir.
İŞİD-ə yaxın mənbənin əl-Vətənə verdiyi məlumata əsasən, İŞİD sərkərdəsinin əmrinə əsasən, baş kəsilməsi görüntülərinin yayımlanması icazəsini yalnız qruplaşmanın rəhbərlik şurası verə bilər. Bu qanundan istənilən vəchlə yayınmağın şiddətli cəzası olacaq.
Qeyd edək ki, İŞİD-in Suriya və İraqdakı vəhşi və insanlıqdan uzaq cinayətləri beynəlxalq qəzəb və qınağa səbəb olmuşdur.
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34