Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

Parlamentdə əyləşən "lal deputat"lar- Siyahı

IV çağırış Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından dörd ilə yaxın vaxt keçsə də, bu müddətdə bəzi deputatların ümumiyyətlə hər hansı fəaliyyəti hiss olunmadı. İstər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istərsə də ictimaiyyətlə təmas baxımından heç bir fəaliyyəti olmayan deputatlar arasında parlamentə ilk dəfə mandat qazanan millət vəkilləri xüsusi yer alır.

Milli Məclisin fəaliyyətini yaxından izləyən Editor.az-ın passiv parlamentailərin fəaliyyəti ilə bağlı araşdırması bir çox mətləblərə işıq saldı.

Dörd illik deputat fəaliyyəti boyunca passivliyi ilə seçilən deputatların sırasında 79 saylı İmişli seçki dairəsini təmsil edən deputat Əsabil Qasımov ilk sırada yer alır. Un–makaron məmulatları, qida, tikinti, otel və digər biznes sahələrində öncüllüyü ilə seçilən “Karat Holdinq”in yaradıcısı Əsabil Qasımovun parlamentin bircə iclasında nə çıxışına, nə də qanunvericilik təşəbbüsü irəli sürməsi faktına rast gəlmədik.

11 saylı Qaradağ seçki dairəsini təmsil edən deputat Ağalar Vəliyev də İmiişlidən olan həmkarından geri qalmır. Tikinti sektorunda aparıcı paya malik “Azəraqrartikinti” şirkətinə rəhbərlik edən A.Vəliyev həm də mətbuata qapalı deputatlar sırasında yer alır.

39 saylı Kəpəz I (Gəncə) seçki dairəsini təmsil edən deputat Xanlar Fətiyev Milli Məclisdə yox, AFFA-da təmsil olunsaydı, daha aktiv olardı deyimi də onun deputat kimi yox, “Kəpəz” futbol klubunun prezidenti və Gəncə Avtomobil zavodunun direktoru olaraq fəal çalışdığını ortaya qoyur.

121 saylı Laçın seçki dairəsini təmsil edən deputat Nazim Fərəcovu çoxları Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı kimi tanıyır və adı daha çox mətbuatda qalmaqalllarda hallanır.

55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən Azər Kərimlinin fəaliyyətinə isə ötən aylarda jurnalistlər arasında keçirilən sorğu zamanı əsl qiymət verilmişdi. Sorğuya qatılan və Milli Məclisin fəaliyyətini yaxından izləyən 10 jurnalistin heç birinin onu tanımaması A.Kərimilinin deputat kimi faktiki mövcudluğunu sual altına qoyurdu.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi təmsil edən deputat Ərəstun Cavadov da passiv deputatlar siyahısında yer alır. Ara-sıra mətbuata açıqlama verən deputatın dəfələrlə müsahibə verdiyi mətbu orqanların adını yadda saxlaya bilməməsi onun deputat kimi fəaliyyətə qeyri-ciddi yanaşmasının göstəricisi sayıla bilər.

32 saylı Suraxanı üçüncü seçki dairəsini təmsil edən deputat Ağacan Əbiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olaraq fəal olsa da, parlamentdə passiv deputatlar sırasında yer alır.

Bir zamanlar Ayaz Mütəllibovun alovlu təbliğatçılarından olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin nə deputat, nə də partiya sədri kimi heç bir fəaliyyəti hiss olunmur. Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etməsi Sabir Hacıyevin növbəti seçkilərdə iştirak etməyəcəyinə işarə sayıla bilər.
1004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı