Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

İranın raketləri ABŞ-a qədər gedəcək

“Onların qitələrarası raketləri istehsal etməkdən məqsədi bizi deyil, Amerikanı vurmaqdır."

SalamNews-un “Reuters”ə istinadla verdiyi xəbərə görə, bunu işğalçı İsrailin Baş naziri Benyamin Netenyahu “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.

O, son dövrdə Qərblə İran arasında danışıqlarla bağlı atılan addımlardan söz açaraq, bu ölkənin nüvə başlıqlarını daşımaq üçün qitələrərası raketlər istehsal etdiyini deyib: "İranın bu raketləri istehsal etməkdən məqsədi bizi deyil, Amerikanı vurmaqdır və onların bizi vurmağa elə indi də raketləri var.”

Xatırladaq ki, İran-ABŞ müzakirələrinin gündəmə gəlməsindən sonra İsrail İranın nüvə təhlükəsini yenidən önə çəkib. Sionist Benyamin Netenyahu ötən gün ərəb ölkələrini İrana qarşı mübarizədə İsrailə qoşulmağa səsləyib.
3246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP