Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

Rusiya və Kanada yenə toqquşdu - Foto

Ukrayna hadisələrinin başladığı ilk gündən Kanada ilə Rusiya arasında baş verən siyasi qalmaqallar sırasına daha biri əlavə olunub.

Ukrayna mətbuatının xəbər verir ki, iki ölkə arasında növbəti gərginlik NATO müstəvisində baş verib.

Rusiyanın qurumdakı daimi nümayəndəliyi kanadalı həmkarlarının bir neçə gün öncə öz Tvitter səhifələrində Krım yarımadasının Ukraynaya məxsus olmasını əks etdirən xəritəni yerləşdirmələrinə eyni üslubda cavab veriblər. 

Rusiyalı diplomatlar sosial şəbəkədə yerləşdirdikləri xəritənin altında saxladıqları şərhdə “İnanırıq ki, bu, kanadalı həmkarlarımızın yeni coğrafiya haqqında bilgilərini daha da artıracaq”, - kimi ifadələr işlədiblər.

Ruslar sözügedən xəritədə Abxaziya və Cənubi Ostetiyanı da Rusiyanın ərazisi kimi göstəriblər.

Xatırladaq ki, tərəflər arasında gərginliyə səbəb rusiyalı xüsusi təyinatlıların avqustun 26-da Ukrayna ərazisində görünmələridir. Moskva təkidlə hərbçilərinin təsadüf nəticəsində həmin məkana keçdiyini bəyan etmişdi. Məhz bu olay Kanada diplomatlarını Rusiyanın ərazisinin dəqiq haradan keçməsi barədə xəritəni açıqlamağa vadar edib./axar/


965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10