Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

İraqdakı son partlayışlara görə İŞİD-in 4 səbəbi

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, təhlükəsizlik üzrə iraqlı ekspert Əbdülkərim əl-Cəburi son günlərdə İraqın müxtəlif şəhərlərində İŞİD tərəfindən törədilən partlayışlara aydınlıq gətirib.
O deyib: Son günlərdə Bağdad, Ərbil, Kərkük, Babil və Kərbəlada baş verən partlayışlarda İŞİD-in əlinin olduğu məlum olur. Bu təkfirçi qruplaşmanın partlayışlarla nəyisə demək istədiyi və hadisələrin arxasında nəyinsə yatdığını göstərməyə çalışdığı məlum olur.
Bu partlayışların arxasında dörd səbəb var ki, İŞİD-in Suriya və İraqdakı həqiqi və real vəziyyətini bəyan edir.
Onun fikrincə dörd səbəb bunlardır:
1. Məğlubiyyətləri ört-basdır etmək
İŞİD İraq təhlükəsizlik və ordu qüvvələri, habelə Hərbi Hava Qüvvələrinin də dəstəklədiyi pişmərgə qüvvələri tərəfindən öldürücü zərbələrlə üzləşmişdir. İŞİD bu partlayışlarla öz üzvlərinə dəymiş zərbələrin və öz məğlubiyyətinin üstünü örtmək istəyir. Habelə hələ də döyüş cəbhələrindən uzaqda yerləşən şəhərlərə nüfuz etmək və orada terror aktları törətmək qüdrətinə malik olduğunu göstərmək istəyir.
2. Daxili parçalanmadan fikir yayındırmaq
İŞİD öz sıraları daxilində “mücahidlər ordusu” və nəqşbəndiyyə təriqəti kimi əl-Qaidəyə bağlı başqa qruplaşmalarla çoxlu ixtilaflar yaşayır və qruplaşma daxilində parçalanma gedir. Belə ki, ötən günlərdə İŞİD-in bu qruplarla qarşıdurması barədə xəbərlər yayılıb. Bütün bunların arxasında isə, qrupların sərkərdələri arasındakı hərislik və dünya malının bölgüsündə daha çox paya sahib olmaq istəyi dayanır.
3. Media reklamı
İŞİD istəyir ki, bu partlayışlarla medianın diqqətini özünə cəlb etsin. Belə ki, hələ də güclü olduğunu bildirmək istəyir. Demək istəyir ki, İraq yaxud kürd qüvvələri bu qruplaşma qarşısında hansısa gücə malik deyillər. İŞİD hələ də terror partlayışları həyata keçirmək gücündədir.
4. Ölkədə ixtilaflar yaratmaq
İŞİD bu partlayışlarla İraq tayfaları arasında əvvəlkindən daha çox ixtilaflar yaratmaq istəyir. Hakim siyasi vəziyyətdən İraqın təhlükəsizlik və ordu qüvvələrinin ruhiyyəsini zəiflətmək və onların bu qruplaşmaya göstərdikləri təzyiqi azaltmaq üçün faydalanmaq istəyir.
Bütün bunlara görə, əl-Cəburi İraqın hökumət, dövlət, təhlükəsizlik, ordu və polis qüvvələrindən, habelə pişmərgə və İraqda fəaliyyət göstərən bütün qüvvələrdən bütün terrorçu qruplaşmalarla, xüsusilə də İŞİD-lə mübarizənin artırılmasını istəyib. O bildirib ki, bütün qüvvələr İraqdakı təhlükəsizlik məsələsinə ciddi yanaşsınlar. Təhlükəsizlik qüvvələri və ordunun büdcəsi artırılsın. Mümkün olan hər bir yolla ölkədəki terrorizmin kökü kəsilsin.
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34