Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Həsən Ruhanidən Obamaya: "Qadağaları pozacağıq"

İran Prezidenti Həsən Ruhani BMT konfransında ABŞ Prezidenti Barak Obama ilə görüşmək planının olmadığını bildirib.

Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqinin və 25 şirkəti cəzalandırmasının “Cenevrə razılaşması”na zidd olduğunu qeyd edib:

”Sanksiyalar İran xalqının hüquqlarına təcavüzdür. Bütün gücümüzlə buna qarşı mübarizə aparacağıq. ABŞ bizimlə əməkdaşlıq etdiyinə görə 25 şirkəti cəzalandırıb. Əlbəttə ki, sanksiyaları pozacağıq. Bu bizim üçün fəxrdir. Çünki bu qanunsuzdur. Bizə qarşı tətbiq olunan sanksiyalar cinayətdir. Dərman və qida idxalına qoyulan sanksiya cinayətdir. Biz sanksiyaları ləğv etmək üçün həmişə mübarizə aparacağıq”. ABŞ-ın danışıqlar cəhdini “çirkin” olaraq xarakterizə edən Ruhani xalqın ABŞ-a inanmadığını bildirib:

“Xalqımız ABŞ-a inanmır. ABŞ bu etibarı qazanmaq üçün addım atmalıydı. Ancaq təəssüf ki, onlar bu etibarsızlığı getdikcə daha da artırır”.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP