Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Suriyaya gedən güləşçimizdən son xəbər - Foto

İsmayıllı rayonundan Suriyaya döyüşməyə gedən 5 nəfər barəsində yeni məlumatlar var.

Jurnalist Elçin İsmayıllı Feysbuk səhifəsində bir neçə gün əvvəl xəbər portallarında Suriyaya gedən rayon sakinləri haqda yayılan xəbərlərə dəqiqləşdirmələr edib.

Məlum olub ki, Əsəd rejiminə qarşı vuruşmağa gedənlərdən biri - güləş üzrə respublika çempionu Rəşad Baxşəliyev yazıldığı kimi rayon idman olimpiya mərkəzində deyil, İsmayıllı Xankəndi tam orta məktəbində idman müəllimi işləyir. Jurnalist qeyd edib ki, bu faktı məktəbin direktoru Rauf Adıgözəlov da təsdiqləyib. Məktəb direktoru deyib ki, Baxşəliyev 2 ildən çox idi məktəbdə işləyirdi: “O, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Çox məsuliyyətli müəllim idi. Bütün tədbirlərdə iştirak edirdi. Onun bu addımına üzülürük”.

Xatırladaq ki, 3 sələfi terrorçu həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər./axar
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran işi"lə